13 May 2024
Bu rayonda xüsusi ƏMƏLİYYAT KEÇİRİLDİ - Yüksək vəzifəlilər SAXLANILDI

Bu rayonda xüsusi ƏMƏLİYYAT KEÇİRİLDİ - Yüksək vəzifəlilər SAXLANILDI

28 Dekabr 2022
Baxış: 492

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyatla idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıb. Bununla yanaşı, idarədə məsələ ilə bağlı digər şəxslərin dindirilməsi həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhərində yerləşir və bir neçə rayonu əhatə edir.