19 May 2024
Bu qidaların tərkibində təhlükəli maddələr var: 45 yaşa çatanda... + FOTO

Bu qidaların tərkibində təhlükəli maddələr var: 45 yaşa çatanda... + FOTO

19 Yanvar 2024
Baxış: 338

Hazırda ürəklə bağlı narahatlıq yaşayan insanların sayı çoxdur. Bu problemlərin əksəriyyəti isə qeyri-düzgün qidalanmadan qaynaqlanır. Bəzi qidaların tərkibində ürək-damar sistemi üçün təhlükə sayılacaq maddələr var.

AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu qidaları mütəmadi yeyən insanlar 45-50 yaşa çatdıqdan sonra damar tutulması problemi ilə üzləşirlər. Nəticədə qan dövranı pisləşir, varikozinfarkt, insult kimi ciddi xəstəliklərə tutulma riski çoxalır.

Sadalanan xəstəliklərdən qorunmaq üçün bu qidalardan uzaq durmaq lazımdır:

Duz

Duz ürək-damar sisteminə ən çox zərər verən qidadır. Duz orqanizmdəki maye balansını pozur və yüksək miqdarda qəbul ediləndə arterial təzyiqi artırır.

Marqarin yağı

Marqarinin insan orqanizminə heç bir faydası yoxdur. Bu yağın hazırlanmasında palma yağından istifadə olunur. Həmçinin marqarinin tərkibində orqanizmi xolesterinlə yükləyən trans yağlardan da istifadə olunur. Gündəlik olaraq 50 qram marqarinin qəbulu ateroskleroz, insult kimi xəstəliklər yaradır.

Mayonez və ketçub

Bu souslar sağlamlığa ciddi ziyan vurur. Mayonez və ketçupların səbəb olduğu ateroskleroz baş-beyin damarlarına təsir göstərir.

Şəkər

Yüksək şəkər damarların daxili divarlarını zədələyir. Gündəlik şəkər norması yetkin insan üçün 50-70 qramdır.

Spirtli içkilər

Alkoqol orqanizm üçün təhlükəlidir. Onun tərkibində olan etanol insan hüceyrələri və toxumaları üçün çox zərərlidir.