17 May 2024
“Bu ölkəyə bir Mirşahin bəs edir!” – Aparıcıdan SƏRT TƏNQİD

“Bu ölkəyə bir Mirşahin bəs edir!” – Aparıcıdan SƏRT TƏNQİD

15 Fevral 2023
Baxış: 483

“Sözü birbaşa, açıq, dolaşdırmadan və sadə ifadə etmək yerinə, oynamaq, oynatmaq, fırlatmaq, kəndirbazlıq və akrobatlıq etməyə nə lüzum var?".

AJMEDİA.İNFO bildirir ki, bunu tanınmış aparıcı Turan İbrahimov deyib.

O, sözügedən fikirləri həmkarlarına, redaktor və müxbirlərə ünvanlayıb.

“Razıyam, məqamlarla buna zərurət ola bilər. Bu o demək deyil axı hər yazdığınız cümlədə, hər oxuduğunuz mətndə bunu etməlisiniz. Çox vaxt da söz oyunbazlığına başınız o qədər çox qarışır ki, yazdığınızda məna, danışdığınızda məntiq qalmır. Bu ölkəyə bir nəfər Mirşahin bəs edir, kopyaları, təqlidləri isə ən yaxşı halda güldürür, xəbəriniz olsun!”, deyə aparıcı əlavə edib.(sfera.az)