17 May 2024
Bu ölkənin yeni seçilmiş prezidenti İUDAİZMİ QƏBUL EDƏCƏK

Bu ölkənin yeni seçilmiş prezidenti İUDAİZMİ QƏBUL EDƏCƏK

28 Noyabr 2023
Baxış: 346

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley katoliklikdən iudaizmə keçməyə qərar verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Argentina lideri noyabrın 25-də Buenos-Ayresdə iudaizm ayinində iştirak edib və orada ravvindən xeyir-dua alıb. Noyabrın 27-də isə Nyu-Yorkda məşhur yəhudi ravvin Menahem Mendel Şneersonun məzarını ziyarət edib. Agentlik yazır ki, bu jest onun Argentinanın İsraillə mədəni və siyasi əlaqələrini dərinləşdirməyə nə qədər sadiq olduğunu nümayiş etdirir.

Beləliklə, qeyd olunub ki, X.Miley ölkəsində tarixinin ən israilyönlü lideri ola bilər.

Qeyd edək ki, Argentinada Latın Amerikasında ən böyük (200 min nəfərdən çox) yəhudi icması yaşayır.