05 May 2024
Bu ölkədə dostunu peyvəndə gətirənlərə PUL VERİLƏCƏK

Bu ölkədə dostunu peyvəndə gətirənlərə PUL VERİLƏCƏK

02 Oktyabr 2021
Baxış: 674

İsveçrə hökuməti dostunu koronavirusa qarşı peyvənd olunmağa dəvət edən şəxsləri mükafatlandıracaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, vətəndaşlar hər peyvənd olunan dostuna görə 50 frank qazanacaq. Mükafat isə xüsusi kupon formasında təqdim olunacaq.

Bildirilir ki, sözügedən kupon ilə əyləncə məkanlarında ödəniş etmək mümkün olacaq. İsveçrə bununla ölkədə vaksinasiya kampaniyasını sürətləndirməyi planlaşdırır.

Qeyd olunur ki, hazırda İsveçrədə əhalinin 42%-i vaksinasiya olunub.