Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
21 saat əvvəlBu ölkə sərt karantinə qayıtdı
19 Oktyabr 2021
Baxış: 419
Latviyada koronavirusa yoluxma sayında yüksək artım səbəbindən dörd həftəlik sərt karantin rejimi tətbiq olunacaq.
Bu barədə Baş nazir Krişyanis Karinş bildirib. Lokdaun 21 oktyabr 15 noyabr tarixlərini əhatə edəcək. Mağazaların əksəriyyəti, əyləncə məkanları və təhsil müəssisələri bağlanacaq. Saat 20:00-dan 05:00-dək vaksin olunmasından asılı olmayaraq, bütün insanlara evdən çıxmaq qadağan ediləcək.
Eyni zamanda kütləvi tədbirlərin keçirilməsi tamamilə qadağandır.(Qafqazinfo.az)