18 May 2024
Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK

Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK

17 Oktyabr 2023
Baxış: 429

Finlandiya 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasarın tikintisinə başlayacaq.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Sərhəd Mühafizəsi yayıb.

Finlandiya hökuməti 2023-cü ildə hasarın tikintisi üçün 139 milyon avro ayırıb. Sərhədçilərin fikrincə, bu məbləğ təxminən 70 kilometr uzunluğunda səddin tikintisinə kifayət edəcək.

Bunun 52 kilometri sərnişin axını baxımından ən populyar sərhəd-keçid məntəqələrinin yerləşdiyi Finlandiyanın cənub-şərqində, səkkiz kilometri Şimali Kareliyada, beş kilometri isə Kainuu və Laplandiyada yerləşəcək.

Səlahiyyətlilər hələlik konkret tikinti sahələrinin adını çəkməyib. Bildirilib ki, torpaq mülkiyyətçiləri noyabr ayında əlavə bildirişlər alacaqlar.(Sfera.az)