18 May 2024
Bu marşrut da "BakıKart"a KEÇİR - DİQQƏT!

Bu marşrut da "BakıKart"a KEÇİR - DİQQƏT!

15 Fevral 2024
Baxış: 304

Fevralın 17-dən "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

AJMEDİA.İNFO bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir", - deyə məlumatda qeyd olunub.