20 May 2024
Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - Sərnişinlərin DİQQƏTİNƏ!

Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - Sərnişinlərin DİQQƏTİNƏ!

15 Yanvar 2024
Baxış: 432

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə AJMEDİA.İNFO-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.