20 May 2024
Bu istiqamət üzrə reyslərin sayı ARTIRILACAQ

Bu istiqamət üzrə reyslərin sayı ARTIRILACAQ

06 Mart 2024
Baxış: 252

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək.

Bildirilib ki, Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.