18 May 2024
Bu, İsrail cəmiyyətini ciddi şəkildə sarsıdıb - Hersoq

Bu, İsrail cəmiyyətini ciddi şəkildə sarsıdıb - Hersoq

07 Sentyabr 2023
Baxış: 492

İsrail 9 aydır ki, hökumətin mübahisəli məhkəmə tənzimləməsi səbəbindən ciddi konstitusiya və sosial böhran yaşayır.

Bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.

Prezidentin sözlərinə görə, mövcud vəziyyət İsrail cəmiyyətini, iqtisadiyyatını və xüsusilə də dövlət təhlükəsizliyini təhlükəli şəkildə sarsıdıb:

“Bunu əvvəllər də demişəm və təkrar edəcəyəm. Dialoq olmadan həll yolu yoxdur, dinləmədən və qarşılıqlı hörmət olmadan irəli getmək mümkün deyil. Onu anlamalıyıq ki, əgər bir tərəf qalib gələr, bir tərəf uduzarsa, hamımız itirərik”.axar.az