19 May 2024
Bu il dünyanı gözləyən qlobal risklər hansılardır? – Müharibə, təbii fəlakətlər...

Bu il dünyanı gözləyən qlobal risklər hansılardır? – Müharibə, təbii fəlakətlər...

11 Yanvar 2024
Baxış: 356

Qlobal risk və məsləhət şirkəti "Eurasia Group" 2024-cü ilin bir sıra qlobal risklərinin siyahısını hazırlayıb. Həmin siyahıya əsasən, iqtisadi gərginliklər, geosiyasi risklər və təbii fəlakətlər 2024-cü ildə də davam edəcək.


AJMEDİA.İNFO həmin risklərin siyahısını təqdim edir:


1.2024-cü ildə ABŞ -də seçkilər münaqişəni və siyasi parçalanmanı dərinləşdirəcək. Amerika demokratiyası 150 ildə yaşamadığı dərəcədə sınaqdan keçiriləcək və onun beynəlxalq etibarı zədələnəcək. Ölkədə sosial quruluş, siyasi institutlar və qlobal mövqe zərər görəcək. Trampın qalib gəlməsi ehtimalı ABŞ-ni təhlükə qarşısında qoyacaq.


2.Qəzzada münaqişələr 2024-cü ildə genişlənəcək və bu müharibə regional müharibəyə çevriləcək. Münaqişə geosiyasi və siyasi parçalanmaların genişlənməsinə və qlobal ekstremizmin daha da güclənməsinə səbəb olacaq. ABŞ və İran birbaşa müharibəyə cəlb oluna bilərlər.


3.Rusiya-Ukrayna müharibəsi Avropada gərginliyi artırmağa davam edir. 2024-cü il müharibənin dönüş nöqtəsi olacaq. Ukrayna canlı qüvvə, silah istehsalı və hərbi strategiya problemlərini həll etməsə, çox sayda ərazi itirməyə davam edəcək. Rusiya döyüş meydanında öz təşəbbüsü və maddi üstünlüyündən istifadə edərək bölgədəki vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.


4. Texnologiya şirkətləri çox güclü süni intellekt modelləri ilə üstünlüklərini artıracaq.

5.ABŞ-nin əzəli düşmənləri olan Rusiya, Şimali Koreya və İran qlobal səhnədə daha koordinasiyalı fəaliyyət göstərəcək. Ukrayna, İsrail və Tayvan dostluqları da ABŞ üçün təhlükə yaradacaq.


6.Çin iqtisadiyyatı 2024-cü il ərzində aşağı performans göstərəcək. Ölkə hökuməti iqtisadi proqramında köklü transformasiya etməsə, maliyyə böhranı baş verəcək.


7.Qlobal inflyasiyanın iqtisadi və siyasi təsirləri davam edəcək. Davamlı inflyasiyanın yaratdığı yüksək faiz dərəcələri bütün dünyada artımı ləngidir. Maliyyə gərginliyi, sosial iğtişaşlar və siyasi qeyri-sabitlik riski daha da artacaq.


8.Ekstremal hava hadisələri zəifləmiş iqtisadiyyatlarda miqrasiya və siyasi qeyri-sabitliyə təkan verəcək.Bu, isə özlüyündə xüsusilə, pandemiya və Ukrayna müharibəsinin yaratdığı enerji və ərzaq qıtlığı ilə zəifləmiş ölkələrdə ərzaq təhlükəsizliyini tətikləyən, su stressini artıran, logistikanı pozan, xəstəlikləri yayan, miqrasiya və siyasi qeyri-sabitliyi artıran ekstremal hava hadisələri gətirəcək.


9. 2024-cü ildə qlobal şirkətləri gözləyən məhkəmə prosesləri və ABŞ-Çin gərginliyi olacaq. Qlobal şirkətlər məhkəmə çəkişmələri ilə yanaşı yüksək qeyri-müəyyənlik və xərclərlə üzləşəcəklər. ABŞ-Çin gərginliyi müxtəlif sahələri əhatə edəcək.(Sfera.az)