18 May 2024
Bu hallarda evlərə qazın verilişi dərhal DAYANDIRILACAQ - Baş nazirdən QƏRAR

Bu hallarda evlərə qazın verilişi dərhal DAYANDIRILACAQ - Baş nazirdən QƏRAR

29 Dekabr 2023
Baxış: 367

Baş nazir Əli Əsədov “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”a dəyişiklik edib.


AJMEDİA.İNFO
xəbər verir ki, qaydalara aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilib:

“1.3. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na əsasən müəyyən edilir.”.

Eyni zamanda qaydaların 4.1-ci bənddə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilib.

Qeyd edirik ki, Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarında aşağıdakı hallarda abonentə qaz verilişinin dayandırılması nəzərdə tutulur.


- istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;


- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

- istehlakçının qaz qurğusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;


- paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;


- paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;

- istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;


- istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

- məhkəmənin qərarı ilə;


- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

- İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.


- Qazın dayandırılması barədə qərar 4.1-ci bənddə göstərilən hallar aradan qaldırılana qədər qüvvədə qalır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qaz paylayıcısının qərarı ilə qazın verilməsi bərpa edilir.


- Əgər müəssisəyə qazın verilməsi uzun müddətə və ya tamamilə dayandırılarsa, şəbəkədən ayrılma siyirtmədən sonrakı flansda qapayıcının qoyulması ilə həyata keçirilir.