16 May 2024
Bu gün neçə nəfər koronavirusa yoluxub? - SON STATİSTİKA

Bu gün neçə nəfər koronavirusa yoluxub? - SON STATİSTİKA

24 İyun 2022
Baxış: 295

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 149 nəfərdir.

Ölkədə son sutka ərzində 1928, hazırkı dövrədək isə 6 949 748 test aparılıb.