17 May 2024
Bu gün nə qədər peyvənd vurulub?

Bu gün nə qədər peyvənd vurulub?

21 Aprel 2022
Baxış: 287

Azərbaycanda son sutkada koronavirus əleyhinə 5 854 vaksin vurulub.

Bu barədə AJMEDİA.İNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 614 545, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 732, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 202 881, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 703 nəfər təşkil edir.

Teqlər: vaksinasiya