19 May 2024
Bu gün bütün dünyada yəhudi icmaları tərəfindən qeyd olunan, yəhudi təqvimi ilə 26 iyar, Qurtuluş Günüdür

Bu gün bütün dünyada yəhudi icmaları tərəfindən qeyd olunan, yəhudi təqvimi ilə 26 iyar, Qurtuluş Günüdür

17 May 2023
Baxış: 518

Bu gün bütün dünyada yəhudi icmaları tərəfindən qeyd olunan, yəhudi təqvimi ilə 26 iyar, Qurtuluş və Qələbə Günüdür.

Yəhudilərin dini təqvimində bu tarix xüsusi yer tutur. Tarixin bu günü, faşizmi darmadağın edən, yəhudiləri və digər xalqları tamamilə məhv olmaqdan xilas edən əsgərlərin şücaətinin xatirəsini yad etmək üçün çox vacibdir.

AJMEDİA.İNFO xəbər verir ki, "STMEGİ" Yehudi Xeyriyyə fontunun təşkilatçılığı, fondun rəhbəri German Zaxaryayevin təşəbbüsü, və Milli Məclisin millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafaylov, eləcə də İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun iştrakı ilə Bakı şəhərində Qurtuluş və Qələbə günü münasibəti ilə tədbiri keçirilmişdir.

Cəmiyyət, istərsə də gələcək nəsillər İkinci Dünya Müharibəsi ilə bağlı tarixi həqiqəti müqəddəs tutmalı, millətçilik, antisemitizm, ksenofobiya ilə hər hansı əlbirliyin dağıdıcı nəticələrə səbəb olduğunu başa düşməlidir. Döyüşçülər və komandirlər bu gün xüsusi hərbi əməliyyatın gedişində məhz nasizmin birbaşa davamçıları ilə vuruşurlar. Qurtuluş və Qələbə Gününün geniş şəkildə qeyd olunması hər zaman Azərbaycanda yaşayan yəhudilərin mənəvi, mədəni və tarixi ənənələrinin möhkəmlənməsinə və gənclərin vətənpərvərlik tərbiyəsinə kömək edəcəkdir.

.

Nəsimi Əbilov