18 May 2024
"Bu ərazilərdə "xalturşik”lər üstümüzə şığıyır, xahiş edirəm..." - Deputatdan taksilərlə bağlı TƏKLİF

"Bu ərazilərdə "xalturşik”lər üstümüzə şığıyır, xahiş edirəm..." - Deputatdan taksilərlə bağlı TƏKLİF

16 İyun 2023
Baxış: 318

"Hava limanında, dəmiryolu vağzalında "VIP" bölmədən yox, digər tərəfdən çıxanda "xalturşik”lər adamın üzərinə şığıyır".


AJMEDİA.İNFO xəbər verir ki, bunu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı Milli Məclisin növbədənkənar iclasında deputat Məlahət İbrahimqızı deyib.

Millət vəkili sözügedən məkanlarda taksi sürücülərinə xüsusi diqqətin ayrılmalı olduğunu bildirib:

"Türkiyədə ictimai nəqliyyat deyəndə taksilər də bura daxil olur. Bizdə ictimai nəqliyatdan istifadənin azalmasının günahını taksilərin üzərinə yıxa bimərik. Bizdə toplu daşımalarda ciddi problemlər var, ümid edirəm ki bu qanun layihəsi ilə problemlər həll olacaq. Biz xaricə səfər edən ictimai nəqliyyatın "VIP" bölməsindən istifadə edirik. Ölkəmizdə xaricilər üçün təəssürat yaradan məkanlar arasında hava yolu xidməti və dəmiryolu xidməti xüsusi yer tutur. Yəqin, digər deputatlar da görüb ki, ictimai nəqliyyatda "VIP" bölmədən yox, digər bölmələrdən çıxanda taksilər adamın üzərinə şığıyır. İnsan düşünür ki, xarici vətəndaşa qarşı bu davranış olsa, xalqımıza qarşı nə düşüncədə olarlar? Xarici ölkələrdə bu sektoda xüsusi xidmət var. Xahiş edirəm, zəhmət olmasa hava limanında, dəmiryolu vağzalında özəl taksilərin davranışlarına nəzarət edilsin".(Sfera.az)