20 May 2024
Bu bürcləri kardinal dəyişikliklər GÖZLƏYİR - SİYAHI

Bu bürcləri kardinal dəyişikliklər GÖZLƏYİR - SİYAHI

20 Aprel 2023
Baxış: 434

Həftə sonuna qədər bəzi bürc nümayəndələri həyatlarında köklü dəyişikliklər yaşayacaq.

AJMEDİA.İNFO lent.az-a istinadən bildirir ki, bu 3 bürcü kardinal yeniliklər gözləyir.

Həmin bürcləri təqdim edirik:

Buğa (21 aprel - 21 may)

Bu həftə Buğaları müsbət tendesiyalar gözləyir. Çünki bir çox məsələlər çətinlik çəkmədən öz-özünə həll olunacaq. Buğaları iş həyatlarında da böyük vəzifələr qazanacaq. Yüksəliş üçün bu həftə gözəl vaxtdır. Aprelin 17-dən 23-dək olan dövrdə yeni tanışlıqlar, o cümlədən romantik görüşlər üçün əla vaxtdır.

Oxatan (23 noyabr - 21 dekabr)

Oxatanlar üçün bu həftənin ən uğurlu günləri bu gün və sabahdır. Çoxlu dinamik və müsbət günlər sizi gözləyir. Özünüzdə hiss etdiyiniz enerjini yaxşı məsələlərə sərf etməyə çalışın. Hər hansı bir planınız varsa, bunu güvəndiyiniz, etibar etdiyiniz adamlarla danışaraq həyata keçirin. Bu həftə Oxatanların həftəsidir.

Balıqlar (19 fevral - 20 mart)

Balıqlar üçün bütün həftə sevgi, eşq baxımından çox əlverişli keçəcək. Bu həm yeni tanışlıqların olmasına, həm də mövcud münasibətlərin yaxşılaşmasına aiddir. Balıqlar bu həftə ərzində partnyorları ilə aralarında olan inamsızlığı aradan qaldıracaq.

Vacib işlərinizi cümə gününə qədər bitirəcəyiniz ehtimal edilir. Təbii ki, bu sizin gümrahlığınızdan da asılıdır.