17 May 2024
Bu brendlər yenidən Rusiyaya qayıtmaq istəyir - SİYAHI

Bu brendlər yenidən Rusiyaya qayıtmaq istəyir - SİYAHI

18 Mart 2022
Baxış: 435

Zara, Bershka, Pull & Bear, Oysho, Massimo Dutti və digər brendləri əhatə edən İspaniyanın “Industria de Diseno Textil SA” (Inditex) pərakəndə satış şirkəti Rusiyada fəaliyyətini bərpa etmək istəyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Oskar Qarsia Makeira bildirib.

Onun dediyinə görə, “Inditex” ən qısa zamanda Rusiya bazarına qayıdacaq. Eyni zamanda qeyd olunur ki, geyim, ayaqqabı və aksesuar istehsalçısı Rusiyadan gələn işçilərə maaş verməkdə davam edir.

Qeyd olunub ki, Rusiya mağazaların sayına görə İspaniyadan sonra “Inditex” üçün ikinci bazardır.

Onu da deyək ki, sözügedən şirkət Rusiyada mağazalarını və İspaniya pərakəndə satış şirkətinin brendlərinin onlayn satışını martın 5-də dayandırıb.(Unikal.org)

Teqlər: