16 May 2024
Bu avtobusların hərəkət istiqaməti dəyişdi - Sərnişinlərin DİQQƏTİNƏ!

Bu avtobusların hərəkət istiqaməti dəyişdi - Sərnişinlərin DİQQƏTİNƏ!

15 Noyabr 2022
Baxış: 516

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.