20 May 2024
"Bu, atəşkəs demək deyil" - Rusiyadan Ukrayna ilə bağlı KRİTİK AÇIQLAMA

"Bu, atəşkəs demək deyil" - Rusiyadan Ukrayna ilə bağlı KRİTİK AÇIQLAMA

30 Mart 2022
Baxış: 421

“Kiyev və Çerniqov istiqamətlərində gərginliyin azaldılması atəşkəs demək deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi başa çatdı. Görüş konstruktiv keçdı, Rusiya nümayəndə heyəti daha sonra baxılması üçün Ukraynadan təkliflər aldı” – deyə Medinski bildirib.

Vladimir Medinskinin sözlərinə görə, Rusiya Ukraynanın təkliflərini nəzərdən keçirdikdən sonra əks təşəbbüslər irəli sürəcək.(konkret.az)