02 May 2024
"Bu adam Azərbaycana da xəyanət etdi!" - ƏRDOĞAN

"Bu adam Azərbaycana da xəyanət etdi!" - ƏRDOĞAN

30 May 2022
Baxış: 400

Türkiyədə müxalifətin taktiki doğru gedişlərinin nə olduğunu öyrənə bilmədik. Onların "taktika yanlış" dediklərini anlamaq mümkün deyil.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif mövqeli siyasətçi Ünal Çeviközün "Türkiyənin İsveç və Finlandiya ilə bağlı gedişləri yanlışdır" iddialarına cavabında deyib.

"Bu açıqlama ilə çıxış edən şəxs ( Ünal Çeviköz – red) Azərbaycanda keçmişdə bir vəzifə icra etdiyi halda, daha sonra Qarabağdakı proseslərlə bağlı Azərbaycanın da əleyhinə açıqlamalar verdi. Yəni, bunların ağlının hansı istiqamətdə çalışdığını anlamaq mümkün deyil. Biz atdığımız addımları olduqca yaxşı düşünürük", - deyə türk lider bildirib.