17 May 2024
Britaniyaya daxil olan bütün ölkələrin vətəndaşları məcburi testdən keçəcəklər

Britaniyaya daxil olan bütün ölkələrin vətəndaşları məcburi testdən keçəcəklər

27 Noyabr 2021
Baxış: 598

Böyük Britaniya ölkəyə daxil olan hər kəs üçün məcburi PCR testi tətbiq edib.

AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Onun sözlərinə görə, qaydaların sərtləşdirilməsi ölkədə yeni "omikron" ştamının yayılması riski ilə bağlıdır.

Baş nazir, həmçinin deyib ki, koronavirusun "omikron" ştamına yoluxanlarla təmasda olan hər kəs peyvənd edilib-edilməməsindən asılı olmayaraq, 10 gün karantində qalmalıdır.

Onun sözlərinə görə, yeni ştam tam peyvənd olunmuş insanlara da keçə bilər:

"Biz Böyük Britaniyada yeni ştama artıq iki yoluxma faktı müəyyən etmişik. Virusun yeni növü ilə bağlı ilkin mərhələdə bilmədiyimiz çox şey var. Bildiyimiz odur ki, omikron çox surətlə yayılır".

Teqlər: Britaniya