16 May 2024
Britaniyanın Biznes nazirinin koronavirus testi neqativ olub

Britaniyanın Biznes nazirinin koronavirus testi neqativ olub

05 İyun 2020
Baxış: 467

Böyük Britaniyanın Biznes naziri Alok Şarma parlamentdə xəstələndiyindən bir gün sonra COVID-19 testindən keçib.

AJM-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, nazir bu barədə Twitter hesabında yazıb.

O, testin nəticəsinin neqativ olduğunu bildirib: “Son 24 saat ərzində mənə ünvanlanan xoş mesajlara görə hər kəsə dərin minnətdarlığımı bildirirəm. Dünən mənə dəstək olan parlament rəhbərliyinə və spikerə təşəkkür edirəm”.

Teqlər: Britaniya