16 May 2024
Britaniyanın Azərbaycandakı səfiri Ukraynaya kömək üçün Bakıda şirniyyat satdı - FOTO/VİDEO

Britaniyanın Azərbaycandakı səfiri Ukraynaya kömək üçün Bakıda şirniyyat satdı - FOTO/VİDEO

25 Mart 2022
Baxış: 584

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən Novruz yarmarkasında şirniyyat satıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı səfirliyin instaqram səhifəsində paylaşım edilib. Belə ki, C.Şarp “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında səfirliyin stendi önündə satışa kömək edib.

Paylaşımda bildirilib ki, yarmarkadan gələn gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.

Britaniya səfiri Ukraynaya kömək üçün Bakıda şirniyyat satdı