17 May 2024
Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçib

Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçib

20 May 2020
Baxış: 398

Böyük Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı 545 nəfər artaraq 35 341-ə çatıb.

AJM-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində yeni növ virusa yoluxan sayı 2412 artaraq 248 818-ə çatıb.

Xatırladaq ki, bir gün əvvəl ölənlərin sayı 160, yoluxanların sayı isə 2684 nəfər idi.

Ölənlərin sayının ötən günlə müqayisədə kəskin artması, həftə sonları yerlərdən məlumatların gecikdirilməsi ilə əlaqədardır. Texniki səbəblərdən vaxtında ötürülməyən məlumatlar sonrakı günlərdə qeydiyyata alınıb.

Teqlər: Britaniya