17 May 2024
Britaniya Suriya XİN başçısı və digər rəsmilərə sanksiyalar tətbiq edib

Britaniya Suriya XİN başçısı və digər rəsmilərə sanksiyalar tətbiq edib

15 Mart 2021
Baxış: 1171

Böyük Britaniya Bəşər Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

AJM-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Suriya xalqına göstərdiyi təzyiqlərlə əlaqədar olaraq Suriyanın xarici işlər naziri də daxil olmaqla, rejimin daha 6 üzvünə qarşı sanksiya tətbiq edilib.

Britaniyanın xarici işlər naziri Dominik Raab həmin şəxslərə səyahət qadağalarının qoyulacağını və onların Britaniyadakı aktivlərinin dondurulacağını qeyd edib.

O vurğulayıb ki, Bəşər Əsəd rejimi islahat tələb edən Suriya xalqına 10 ildir təzyiq göstərir.

Teqlər: Britaniya