17 May 2024
Britaniya Rusiya almazlarının idxalını yasaqlayır

Britaniya Rusiya almazlarının idxalını yasaqlayır

19 May 2023
Baxış: 465

Böyük Britaniya hökuməti Rusiyadan mis, alüminium və nikelin, habelə almazların idxalına qadağa qoyur.

Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda bildirilib.

“Biz bu ilin sonunda Rusiya almazlarının idxalını qanuni olaraq yasaqlayacağıq və Rusiya dəmir və poladına mövcud qadağalara əsaslanaraq, rusiyamənşəli mis, alüminium və nikel idxalını tamamilə dayandıracağıq”, - sənəddə deyilib.

Həmçinin Böyük Britaniyanın Rusiyanın büdcəsini ixrac gəlirləri ilə təmin edən hərbi-sənaye kompleksi və sahələrinə aid Rusiyanın 86 fiziki və hüquqi şəxsinə məhdudiyyətlər tətbiq edəcəyi bildirilir.

Teqlər: