17 May 2024
Böyük Britaniyada COVID-lə bağlı iki fərqli qış fəaliyyət planı hazırlandı

Böyük Britaniyada COVID-lə bağlı iki fərqli qış fəaliyyət planı hazırlandı

15 Sentyabr 2021
Baxış: 453

Böyük Britaniya hökuməti payız və qışda COVID-lə bağlı baş verə biləcək hadisələrinin mümkün ssenarilərinə uyğun olaraq iki fərqli qış fəaliyyət planı hazırlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabinetində keçirilən mətbuat konfransında qış ayları üçün planlarını açıqlayan Baş nazir Boris Conson, qazanılan nailiyyətlərin peyvəndlənmə ilə qorunacağına inandığını söyləyib. O, xəstəliyin hələ də risk yaratmağa davam etdiyini bildirib.

Conson hökuməti tərəfindən qurulan A və B planlarının ikisində də bağlanma məhdudiyyəti yoxdur.

Milli Səhiyyə Xidmətinin (NHS) yükünü azaltmağı hədəfləyən A Planı, peyvənd və testlərdən ibarətdir.

Səhiyyə naziri Səcid Cavidin açıqladığı A planında 3 əsas tələb var: birincisi peyvənd olunmayanların vaksinasiyasına nail olmaq, ikincisi 12-15 yaş qrupunu peyvənd olmağa çağırmaq, üçüncüsü isə gücləndirici doza proqramının həyata keçirilməsi.

B planı isə yalnız səhiyyə sistemini yarana biləcək “tıxaclardan” qorunması lazım gəldikdə tətbiq olunacaq. B Planına yenidən məsafədən işləmək tövsiyəsi də daxildir.

Hökumətin baş elmi müşaviri Ser Patrik Vallans ölkədə təxminən beş milyon insanın hələ də peyvənd olunmadığını açıqlayıb.

Gələn həftədən etibarən, ölkədə ən az 6 ay əvvəl iki doza peyvənd olan təxminən 30 milyon insana gücləndirici peyvəndin vurulmasına başlanılacaq. Bu şəxslər arasında 50 yaşdan yuxarı, sağlamlıq problemləri olan gənclər və tibb işçiləri var.