06 May 2024
Boris Conson Ukraynaya "Stormer" raketləri göndərir - "Putinin ordusu cəhənnəmə yollanacaq"

Boris Conson Ukraynaya "Stormer" raketləri göndərir - "Putinin ordusu cəhənnəmə yollanacaq"

19 Aprel 2022
Baxış: 454

Böyük Britaniya Rusiyanı qəzəbləndirən daha bir addım atıb.

AJMEDİA.İNFO bildirir ki, sözügedən ölkə Rusiyaya qarşı mübarizədə həyati əhəmiyyət kəsb edən "Stormer” raket sistemlərini Ukraynaya göndərmək qərarına gəlib.

İngilis mətbuatı sözügedən raketlərin alçaqdan uçan təyyarələrə qarşı hazırlandığını bildirərək, bu addımın Ukraynanı hava hücumlarına qarşı gücləndirəcəyini yazıb.

"The Sun” qəzeti bu qərarı "Putin ordusunu cəhənnəmə yollayacaq” kimi qiymətləndirib, o cümlədən xəbərdə raketin texniki xüsusiyyətləri də yer alıb.

Stormer raket sistemlərinin xüsusiyyətləri:

Tələb olunan kadrların sayı: 3

Çəkisi: 13,5 ton

Uzunluq. 5.6 metr

Eni: 2.8 metr

Hündürlük: 3.4 metr

Səsdən üç dəfə sürətli hərəkət edə bilən raket çiyindən istifadə edilə və ya Stormerin qülləsinə quraşdırıla bilər.

Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı, polkovnik Riçard Kemp qəzetə danışarkən, "Yeni raketlər Ukraynanın döyüş qabiliyyətinə böyük təkan verəcək. Bu, Putinin hava qüvvələrinə ciddi ziyan vuracaq”, - deyə söyləyib.(Sfera.az)