17 May 2024
Bölgədə hərbi fəallıq: Rusiya Yapon dənizinə 10 raket atdı

Bölgədə hərbi fəallıq: Rusiya Yapon dənizinə 10 raket atdı

12 Oktyabr 2021
Baxış: 514

Rusiya Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və sualtı “Admiral Tributs” gəmisi Yapon dənizində raket atışları həyata keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada manevrlərin yay təlim dövrünün son yoxlanışları olduğu bildirilib.

Təlim zamanı “Varyaq” və “Admiral Tributs” gəmiləri “Fort”, “Kinjal” və “Osa”' raket kompleksləri ilə sürətli hava hədəflərinə atəş açıb.

Gəmilər hədəf raketlərini uğurla zərərsizləşdirib.

Təlimə Sakit Okean Donanmasının 12 hərbi gəmisi qatılıb. Sözügedən gəmilər raketlərin atıldığı bölgənin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirir.

Təlim çərçivəsində ümumilikdə 10 raket atılıb.(Teleqraf.com)