20 May 2024
Böhran vəziyyətlərdə sosial şəbəkələr qadağan edilə bilər

Böhran vəziyyətlərdə sosial şəbəkələr qadağan edilə bilər

05 İyul 2023
Baxış: 489

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib.

Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

“Biz gənclərin auditoriyasının sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhranlar baş verəndə onları tənzimləməyi və ya söndürməyi bacarmalısan”-deyə, o bildirib.

Fransa lideri vurğulayıb ki, bu məsələ ilə bağlı ayıq müzakirə lazımdır: “Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edildikdə, müzakirə ediləcək çox şey var”.

Teqlər: