16 May 2024
BMT-nin Baş katibi: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

BMT-nin Baş katibi: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

14 Avqust 2021
Baxış: 804

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

AJM-ın məlumatına görə, Baş katib bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb.