20 May 2024
BMT dezinformasiya və ayrı-seçkiliklə mübarizə haqqında qətnamə qəbul edib

BMT dezinformasiya və ayrı-seçkiliklə mübarizə haqqında qətnamə qəbul edib

15 İyun 2023
Baxış: 455

BMT Təhlükəsizlik Şurası (TŞ) yekdilliklə tolerantlıq və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına dair qətnamə qəbul edib.

Sənəddə vurğulanır ki, BMT-yə üzv ölkələr bir-biri ilə sülh şəraitində yaşamağa sadiq olduqlarını bildirir, iqtisadi, sosial, mədəni və humanitar xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu təsdiq edirlər.

Qətnamə BMT Təhlükəsizlik Şurasını bütün regionlarda silahlı münaqişələrin qarşısının alınmasına yönəlmiş səyləri davam etdirməyə çağırır.

Qətnaməni qəbul edən Təhlükəsizlik Şurasının 15 üzv dövləti sosial şəbəkələr də daxil olmaqla, nifrət və dezinformasiyanın doğurduğu zorakılıqdan dərin narahatlığını ifadə edib.

Sənəddə bütün beynəlxalq və regional təşkilatlar irqi, etnik mənsubiyyəti, cinsi, dini və dilinə görə ayrı-seçkilik nəticəsində yaranan zorakılığı, nifrəti, ekstremizmi açıq şəkildə pisləməyə çağırılır.

Teqlər: