16 May 2024
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

05 İyun 2020
Baxış: 541

"Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşəriyyətin çipləşdirilməsi barədə ittihamlara cavab verib.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, o, bu ittihamları əsassız adlandırıb və təkzib edib.

“Mən heç vaxt mikroçiplərin hazırlanması kimi işlərlə məşğul olmamışam. Bu, çox axmaq və qəribə səslənir”, - deyə B.Qeyts bildirib.

Amerikalıların bir hissəsi B.Qeytsin peyvənd proqramı vasitəsilə insanların çipləşdirilməsi üzrə plan qurduğuna inanır.

Teqlər: Bill Qeyts