18 May 2024
Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA

Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA

23 Fevral 2024
Baxış: 321

Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.