19 May 2024
Beynəlxalq münasibətlər nəzəriyyəsində böyük güclərin toqquşmasının səbəbləri

Beynəlxalq münasibətlər nəzəriyyəsində böyük güclərin toqquşmasının səbəbləri

29 Avqust 2022
Baxış: 428

Realist nəzəriyyələri güc üzərində fokuslanır və onilliklər ərzində onlar müdafiə edirdilər ki, Soyuq Müharibənin ikiqütblü dünyası və ABŞ-ın hakim olduğu birqütblü Soyuq müharibədən sonrakı dünya, yanlış hesablama müharibələrinə meylli olmayan nisbətən sadə sistemlərdir. Onlar həmçinin hesab edirdilər ki, nüvə silahları münaqişənin qiymətini qaldırıb və böyük dövlətlər arasında müharibəni ağlasığmaz edib.


Liberal nəzəriyyənin tərəfdarları isə böyük dövlətlər arasında olan münaqişəni qarşılıqlı güzəştdən istifadə edərək və demokratik institutlar vasitəsilə yumşaltmağın tərəfdarıdırlar.


Onu da qeyd etmək lazımdır ki, keçmişdə müharibələr, dəniz quldurlarının fəaliyyəti geniş hal almışdı. Lakin insan hüquqlarının inkişaf etməsi və kütləvi qırğın silahlarına qarşı qadağaların olması ilə əlaqədar olaraq beynəlxalq münaqişələrin sayı xeyli azaldı.


Hal-hazırda biz çoxqütblü dünyaya daxil oluruq. Düzdür obyektiv səbəblərə görə ABŞ dünyada liderdir ancaq Çin iqtisadi və hərbi gücünə görə Amerikaya çox yaxınlaşdı.
Çoxqütblü dünyada böyük dövlətlər silahlı münaqişəyə daha meyilli olurlar. Yanlış hesablamlar olduğunda dövlətlər arasında silahlı münaqişələrin miqyası böyüyür. Bəzən böyük dövlətlər öz rəqiblərinin gücünü zəif hesab edir və lazımi qədər qiymətləndirmir.


Son zamanlar Çin dövləti Tayvanı öz ərazisi hesab edərək Tayvanı ilhaq etmək istəyir. Avqust ayında ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosi Tayvana səfər edərək ABŞ-ın beynəlxalq aləmdə gücnü nümayiş etdirdi.
Son dövlər Çinin artan iqtisadi və siyasi gücü fonunda ABŞ-ın müəyyən qədər tənəzzülü göz önündədir.


İqtisadi əlaqələr dövlətlər arasında münaqişəni zəiflədir. Ancaq buna baxmayaraq Çin və ABŞ öz iqtisadi güclərini başqaları ilə bölüşmək niyyətində deyil.


Digər böyük dövlət olan Rusiya isə hal-hazırda Ukrayna ilə müharibə şəraitindədir. Hal-hazırda ABŞ, NATO, Yaponiya, Cənubi Koreya, Avstraliya demokratik müttəfiqlərini və Çin, Rusiya, İran avtokratik müttəfiqlərinin olduğunu deyə bilərik.


Təbii ki, dünyamız üçün dünya müharibəsi böyük fəlakətlərə səbəb olar. Realist nəzəriyyənin nümayəndələri narahatlıq üçün arqumentlər göstərirlər. Bu gün Co Baydenin sözləri ilə desək, “Demokratiya və Avtokratiya” arasında döyüş gedir.


Bu döyüşdə demokratik qüvvələri “Anqlo-Saks” ittifaqı təmsil edir. ABŞ-nın müəyyən qədər tənəzzülü fonunda Böyük Britaniya siyasət arenasında güclənir. Dünyamızda 2025-ci ilə qədər böyük dəyişiklər meydana gələ bilər. Bu dəyişiklər dünyada xəritə dəyişiklərindən tutmuş yeni ideologiyalara kimi baş verəcək.

Rüstəm Tağızadə,

AJMEDİA.İNFO