17 May 2024
“Bəxt üzüyü”nün “Moşu”su: “Firəngizlə kontaktım olmayıb”

“Bəxt üzüyü”nün “Moşu”su: “Firəngizlə kontaktım olmayıb”

18 Avqust 2022
Baxış: 421

“Sonuncu dəfə Firəngiz Rəhimbəyova ilə dörd il əvvəl “Bəxt üzüyü” filminin ikinci hissəsi çəkiləndə görüşmüşəm. Firəngiz həmin ekran əsərində rol almışdı”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri sözügedən filmdə “Moşu” obrazını canlandıran, Xalq artisti Valeh Kərimov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Aktrisanın ölümündən kədərləndiyini bildirən V.Kərimov F.Rəhimbəyova ilə münasibətləri barədə bunları söyləyib.


“Firəngiz Amerikada, mən isə Bakıda. Amerika yaxın yer deyil. Hər dəfə də o Bakıya gələ bilməzdi. Onunla davamli ünsiyyətim və danışığım olmayıb. Bir sözlə kontaktımız olmayıb”.

Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova iki gün əvvəl ABŞ-ın Los-Anceles şəhərində infarktdan dünyasını dəyişib. Mərhumun Raisa adlı bir qızı var.