17 May 2024
Bəşər Əsəd iranlı generalı İsrailə görə VƏZİFƏSİNDƏN AZAD ETDİ

Bəşər Əsəd iranlı generalı İsrailə görə VƏZİFƏSİNDƏN AZAD ETDİ

12 Noyabr 2021
Baxış: 597

Bəşər Əsəd Suriya ərazisindəki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandanı Mustafa Cavad Qafarini vəzifəsindən uzaqlaşdırıb.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədat” telekanalı məlumat yayıb.

Nəşr bildirir ki, Suriya rejiminin bu addımına səbəb korrupsiya, suverenliyin pozulması və Qafarinin İsrail və ABŞ-a qarşı icazəsiz hərəkətləri olub.

Mənbənin sözlərinə görə, Suriyadakı Əl-Qüds bölmələrinin və iranpərəst silahlı birləşmələrin komandiri Mustafa Qafari ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların idxalına və dövlət və özəl Suriya bazarı ilə rəqabət aparan “qara bazar”ın təşkilinə şərait yaradıb.