17 May 2024
Beş koronavirus xəstəsi barəsində cinayət işi BAŞLANILDI

Beş koronavirus xəstəsi barəsində cinayət işi BAŞLANILDI

31 Avqust 2021
Baxış: 402

Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən vəməlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə beş nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.