17 May 2024
BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”

BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”

07 Dekabr 2021
Baxış: 523

BMT-nin ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bundan başqa, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin olunmayıb. Habelə, Ermənistanın Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin edilməyib.

Bu üç məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.