20 May 2024
"Belə suveren, məğrur və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?" - Kalaşnikovdan ermənilərə

"Belə suveren, məğrur və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?" - Kalaşnikovdan ermənilərə

02 Fevral 2022
Baxış: 394

Benderanın şöhrətlənməsinə reaksiya veririksə, Njdenin qabardılmasına niyə səssiz qalmalıyıq? Bəli, bu, ermənilərin mərkəzidir, amma bu şəhər, təəssüf ki, Ermənistanın deyil, Rusiyanın paytaxtıdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov, Rusiyanın Erməni İttifaqının faşist terrorçu Qareqin Njde haqqında filmin nümayiş etdirməyə çalışması haqqında danışarkən deyib.

“Xüsusən də belə fiqurların şöhrətlənməsi millətçiliyin ən pis formasında dirçəlməsinə gətirib çıxarır. Bunu Paşinyan deyil, Ermənistanın keçmiş rəhbəri Sərkisyan Moskvada fəal şəkildə təşviq etməyə başlayıb. Əlbəttə, demək olar ki, ermənilərin özlərinə qəhrəman seçməsi öz işləridir. Lakin onda belə sual yaranır: əgər siz belə suveren, məğrur və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?”, – o bildirib.(axar.az)