16 May 2024
Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB

Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB

17 Oktyabr 2023
Baxış: 551

Belçikanın xarici işlər naziri Adca Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

“Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir”, - o, “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, Brüsseldə atəş açaraq iki isveçlini öldürən şəxs İŞİD terror qruplaşmasına aid olduğunu iddia edən video paylaşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə o, “müsəlmanların qisasını almaq üçün” iki nəfəri güllələdiyini deyib.