20 May 2024
Belçika şahzadəsində COVID-19 virusu aşkarlanıb

Belçika şahzadəsində COVID-19 virusu aşkarlanıb

31 May 2020
Baxış: 323

Keçmiş Belçika kralı II Albertin nəvəsi və indiki kral Filippin bacısı oğlu - Belçika şahzadəsi İoaximdə koronavirus aşkarlanıb. Bir qədər əvvəl şahzadəni İspaniyanın Kordova şəhərində gecə əyləncəsində görüblər. Belçikanın kral sarayı İoaximin mayın 24-də işlə bağlı həqiqətən də İspaniyaya səfər etdiyini təsdiqləyib.

AJM BBC-yə istinadla xəbər verir ki, şahzadənin ispan qızı ilə uzunmüddətli münasibətdə olduğu söylənilir. İspan mətbuatı şahzadənin mayın 27-də şəxsi gecə əyləncəsində göründüyü barədə yazır. Bundan əlavə, gecədə 27 nəfərin iştirak etdiyi bildirilir ki, bu da karantin rejiminin qaydalarına ziddir. Lakin Belçika mətbuatı şahzadənin mövcud qaydaları pozmadığını və gecədə 10-12 nəfərin iştirak etdiyini bildirir.

Kral sarayı xəstəliyin əlamətlərinin zəif olduğunu və şahzadənin həyatı üçün təhlükə yaratmadığını bəyan edib. Hazırda Kordovada həmin gecə ilə əlaqəsi olanların hamısı karantinə yerləşdirilib.

Teqlər: Belçika