16 May 2024
BƏƏ Tel-Əvivdə səfirliyin açılmasını təsdiqlədi

BƏƏ Tel-Əvivdə səfirliyin açılmasını təsdiqlədi

25 Yanvar 2021
Baxış: 1882

24 Yanvar Bazar günü Birləşmiş Ərəb Əmirlikləri İsraildə ilk səfirliyini açma planlarını təsdiqləyib.

Ölkə rəsmiləri Twitter-də bir mesaj göndərərək kabinetin Təl-Əvivdə səfirliyin açılmasına razılıq verdiyini qeyd ediblər.

"Nazirlər Kabineti ... İsrail Dövlətində BƏƏ-nin Tel-Əvivdəki səfirliyinin açılmasını təsdiqlənməsini" bildirib.

Avqust ayında BƏƏ və İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq üçün bir müqavilə imzalamışdirlar.

Müqavilədə iki ölkə arasında birbaşa əlaqələrin açılması ilə yanaşı səfirliklərin açılması da olub.