16 May 2024
BƏƏ prezidenti və baş naziri israilli həmkarlarını iqlim konfransına dəvət ediblər

BƏƏ prezidenti və baş naziri israilli həmkarlarını iqlim konfransına dəvət ediblər

23 May 2023
Baxış: 428

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Baş nazir Məhəmməd bin Rəşid Əl Maktum israilli həmkarları Benyamin Netanyahu və İshaq Hersoqu noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransında iştirak etməyə dəvət ediblər.

Bu barədə BƏƏ-nin İsraildəki səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.

"Bu gün BƏƏ-nin İsraildəki səfiri Məhəmməd Əl-Hacca BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Baş nazir Məhəmməd bin Rəşid Əl Maktumun İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahuya COP28 konfransında iştiraka dəvətin yer aldığı məktubu verib", - deyə məlumatda bildirilir.

Teqlər: