18 May 2024
Bayramdan sonra dərslər BU TARİXDƏ BAŞLAYACAQ

Bayramdan sonra dərslər BU TARİXDƏ BAŞLAYACAQ

25 Dekabr 2023
Baxış: 433

Bayram tətilindən sonra təhsil müəssisələrində dərslərin başlanacağı tarix açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.