17 May 2024
"Bayraktar" PUA-larının mühəndisləri “ovlanır” – Ekspertdən ŞOK İDDİA

"Bayraktar" PUA-larının mühəndisləri “ovlanır” – Ekspertdən ŞOK İDDİA

29 Noyabr 2021
Baxış: 690

Ötən gün “Baykar” şirkətinin təyyarə mühəndisi, PUA və SPUA-ların (SİHA) istehsalında performans və analiz komanda lideri olaraq çalışan 26 yaşlı Tarix Kesekçi qəzada dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu mövzuya toxunan tanınmış ekspert Turab Rzayev hadisənin qəza olmasını şübhə altına alıb.

Türkiyədə mühəndislərin qəza ölümlərinin davam etdiyini vurğulayan ekspert son insidentdə də “birbaşa marağı olanların” mümkünlüyünə diqqət çəkib.

“Türkiyəli mühəndislərin ovlanması daha əvvəllər də mətbuatın gündəminə gəlmişdi”, – deyə o vurğulayıb.