20 May 2024
Baydenlə danışıqlar üçün videoəlaqə formatı Putinin xoşuna gəldi

Baydenlə danışıqlar üçün videoəlaqə formatı Putinin xoşuna gəldi

08 Dekabr 2021
Baxış: 516

ABŞ Prezidenti Co Baydenlə danışıqlar üçün istifadə olunan videoəlaqə formatı Rusiya Prezidenti Vladimir Putinin xoşuna gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, prezidentlər Rusiya və ABŞ təmsilçilərinin əlaqələri baş tutduqdan sonra yenidən ünsiyyət qurmağın vacib olduğunu bildiriblər.

“Hazırda bunun nə zaman baş tutacağını söyləmək mümkün deyil”, - deyə D.Peskov bildirib.