05 May 2024
Baydendən QARABAĞ AÇIQLAMASI – Erməni separatçılarına ABŞ-dan ZƏRBƏ

Baydendən QARABAĞ AÇIQLAMASI – Erməni separatçılarına ABŞ-dan ZƏRBƏ

07 İyun 2022
Baxış: 515

Dövlət Departamentinin işğaldan azad edilmiş ərazilərdə dini abidələrin ermənilər tərəfindən dağıdılmasına dair məlumatları paylaşması hücum diplomatiyası üçün yeni fürsətdir; hüquq müdafiəçisi: “İndi Avropa Parlamentinin deputatları Qarabağa gəlib erməni vandalizminin şahidi olsunlar”

Ötən həftə ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşdı.

AJMEDİA.İNFO bildirir ki, gecikmiş də olsa, bu, Birləşmiş Ştatların əsl həqiqəti dilə gətirməsi idi. Dövlət Departamenti bir daha təsdiqləmiş oldu ki, erməni vandalları Qarabağda insanlıq əleyhinə bütün cinayətləri törədiblər. Üstəlik, bunu bir müddət əvvəl Avropa Parlamentinin 600-dən çox deputatının dəstəkləyərək qəbul etdiyi absurd qətnaməyə bir cavab kimi qiymətləndirmək lazımdır.

AP qəbul etdiyi qətnamədə göstərirdi ki, guya Qarabağda erməni dini abidələrini biz məhv etmişik. Bunun başdan-ayağa ağ yalan və iftira olduğu bəlli idi. Dövlət Departamenti isə onların uşaq bezi qədər əhəmiyyəti olmayan qətnaməsini yaydığı məlumatla alt-üst etmiş oldu. Vaşinqton və Bayden administrasiyası beynəlxalq aləmə çatdırdı ki, əksinə, Qarabağda dini abidələri məhv edilən varsa, o da azərbaycanlılardır. İşğal illərində 67 məscidin 65-ni dağıdan, ibadət evində donuz saxlayan, Allah evlərini fermaya çevirən ermənilər üçün avropalı deputatlar göz yaşı tökərkən Birləşmiş Ştatlardan şillə kimi cavab gəldi.

Bəli, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib. Bildirilib ki, assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb. Hesabatda qeyd olunub ki, təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

Vurğulanıb ki, professional imzası “REZA” olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib. “Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb.

Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb. Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”, – Dövlət Departamentinin hesabatında deyilir. O zaman bu faktdan və Dövlət Departamentinin paylaşımından çıxış edərək, beynəlxalq müstəvidə hansı addımları atmalıyıq?

KXCP-də sədrlik uğrunda savaş başlayıb

Xəzər Teyyublu

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublunun “Yeni Müsavat”a bildirdiyinə görə, Dövlət Departamentinin bu addımını təqdir etmək lazımdır. Hüquq müdafiəçisi hesab edir ki, ilk növbədə Ermənistandan kompensasiya tələblərimizi sərtləşdirməli və tez-tez yada salmalıyıq: “Beynəlxalq təşkilatları daha dolğun məlumatlandırmalıyıq, göstərməliyik ki, dini və mədəni abidələri dağıdan ermənilərdir, sübutlarımız var və Amerika dövləti də bunu paylaşır. Çünki beynəlxalq təşkilatlar həm az məlumatlıdır, həm qərəzli hesabatlar hazırlayırlar. Amerikanın bu məlumatları paylaşması isə bizə bir daha əsas verir ki, ermənilərin insanlıq və sülh əleyhinə etdiyi bütün növ cinayətləri dünya ictimaiyyətinə çatdıraq. İndi daha yüksək səslə tələb etməliyik ki, beynəlxalq təşkilatların üzvləri, Avropa Parlamentinin deputatları Qarabağa gəlib erməni vandalizminin şahidi olsunlar”.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycan diplomatiyası ABŞ Dövlət Departamentinin yaydığı məlumatdan çıxış edərək konkret işlər həyata keçirməlidir: “İndi hücum diplomatiyası olmalıdır, xristian dünyası görməlidir ki, onlarla eyni dini inancı bölüşən ermənilər məhz müsəlmanların ibadət evlərini dağıdıblar, məscidləri söküblər. Eyni zamanda diplomatlarımız bu faktları daha böyük beynəlxalq platformalarda ucadan səsləndirməlidirlər. Ermənistandan təzminat istəyimizlə bağlı real hüquqi müstəvidə addımlar atmalıdırlar. Biz beynəlxalq konvensiyalar, yuridiksiya əsasında iş aparmalıyıq”.